İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Təl-Əviv Rusiyadakı hadisələri diqqətlə izləyəcək.
Bu barədə hökumət başçısının dəftərxanasının “Twitter” səhifəsində dərc olunmuş məlumatında deyilir.
“Baş nazir Netanyahu Rusiyada baş verənlərlə bağlı operativ iclas keçirib. O bildirib ki, söhbət Rusiyanın daxili işlərindən gedir. İsrailin onunla heç bir əlaqəsi yoxdur, lakin hadisələri yaxından izləməyə davam edəcək”, – İsrail Baş Nazirinin dəftərxanasının bəyanatında deyilir.
Bundan əvvəl İsrailin xarici işlər naziri Eli Koen hərbi qiyamdan sonra İsrail konsullarının Moskva və Sankt-Peterburqda mövcudluğunun artırılacağını bildirmişdi.
Mənbə: BBC