Tehranda vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
Doğru.az xəbər verir ki, Telegram kanallarının yaydığı məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Tehranda müxtəlif hədəflərə qarşı genişmiqyaslı zərbələr endirib.
Daha əvvəl İsrail Müdafiə Qüvvələri İsrail aviasiyasının paytaxtda onlarla İran komandanlıq mərkəzinə və daxili təhlükəsizlik bölmələrinə zərbə vurduğunu açıqlamışdı.
Məlumata görə, əməliyyatın başlanğıcından etibarən İsrail tərəfindən İran ərazisinə 4 minə yaxın sursat atılıb.
Bildirilib ki, zərbələr əsasən ballistik raket istehsalı müəssisələrinə, eləcə də ölkənin mərkəzi hissəsində yerləşən dövlət obyektlərinə yönəlib.
DOĞRU.AZ


























