İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman hökumətin bəyanatına əsasən, İsrail ABŞ prezidenti Donald Trampın İranla ikitərəfli atəşkəs təşəbbüsünü qəbul edib.
“Əməliyyatın strateji məqsədlərinə nail olunması ilə əlaqədar olaraq və prezident Trampla tam razılıq əsasında İsrail onun ikitərəfli atəşkəs təşəbbüsünü qəbul edib”, o, Telegram kanalında yazıb.
İsrail hökuməti ABŞ-a və şəxsən Trampa “İranın nüvə təhlükəsinin aradan qaldırılmasında” göstərdikləri dəstəyə və iştiraka görə minnətdarlığını bildirib.
Onlar həmçinin İran tərəfindən atəşkəs şərtlərinin pozulmasına qəti şəkildə cavab verəcəklərini də əmin ediblər.
Eyni zamanda, İsrail vətəndaşları atəşkəs tam təsdiqlənənə qədər Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etməyə davam etməlidirlər, Netanyahunun ofisi əlavə edib.
DOĞRU.AZ