image-2000x150px
image-123
image-ads_atlas
image-2021-05-19t110534z_566216546_rc2xin931pi2_rtrmadp_3_israel-palestinians-netanyahu-pic905-895x505-14185backend

İsrailin baş naziri Netanyahu təcili yardım otağına gəlib

image-728x90px

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivin ətrafında yerləşən Tel Haşomer xəstəxanasının təcili yardım otağında görüntülənib.

Bu barədə yerli “Ynet” xəbər portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, xəstəxanaya baş çəkməyə səbəb siyasətçinin səhhətinin pis olması olub. Digər təfərrüatlar hələlik verilməyib.

“Onun vəziyyəti yaxşıdır, tibbi müayinədən keçir”, – baş nazirin ofisindən bildirilib.

Nəşr göstərir ki, Netanyahunun ofisi hələ onun səhhəti ilə bağlı hesabat dərc etməyib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki