image-n1karobka_ads
image-123
image-dkj9guxck0gz6rtujfyzhsjqz5eb8dmokpgafmqzbackend

İstanbulda Ukrayna ilə bağlı pərdəarxası danışıqlar gedir

İstanbulda Ukrayna münaqişəsinin həlli üçün qeyri-rəsmi danışıqlar prosesi davam edir.

Bu barədə RİA Novosti Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verir.

Agentlik mənbədən sitat gətirib: “Pərdəarxası danışıqlar prosesi gedir, lakin hələlik heç bir konkretlik yoxdur”.

Növbəti raundun harada keçiriləcəyi sualının açıq qaldığını qeyd edən mənbə, İstanbulun belə dialoq üçün əlverişli və sübut edilmiş platforma hesab edildiyini qeyd edib.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov danışıqların ikinci raundunun yeri ilə bağlı qərarın vaxtı gələndə veriləcəyini bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki