İsveç hakimiyyəti dini kitabların yandırılmasını qadağan etməkdə Danimarkanın ardınca getməyi planlaşdırmır, çünki bu, krallığın konstitusiyasına düzəlişlər edilməsini tələb edir.
Bunu İsveçin baş naziri Ulf Kristersson deyib, onun sözlərini SVT telekanalı sitat gətirib.
Danimarkanın ədliyyə naziri Peter Hummelgaard ərəfəsində hökumətin dini kitabların yandırılmasını qadağan etməyi planlaşdırdığını bildirib.
“Kəskin təhdidlərə məruz qalan hər bir ölkə onlarla mübarizə aparmaq üçün öz yolunu seçir”, – İsveçin baş naziri deyib.
Eyni zamanda o vurğulayıb ki, Danimarkanın qərarına böyük hörmətlə yanaşır, lakin İsveç üçün ondan nümunə götürmək konstitusiyaya dəyişiklik etmək demək olardı, ona görə də bu, krallıq üçün ən uyğun yol deyil.
Mənbə: Sözcü