Ukrayna ilə bağlı sülh konfransının təşkili və İsveçrənin bu ölkəyə dəstək verməsi heç bir halda sonuncunun neytrallığına təsir etmir.
Bu barədə Konfederasiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyi İsveçrənin neytrallığının “sabit” olaraq qaldığını vurğulayıb. Eyni zamanda, Bernin Kiyevin xahişini təmin etmək və sülh sammiti keçirmək qərarı ölkənin müvafiq statusunun pozulmasına gətirib çıxarmır.
“Neytral olmaq biganə olmaq demək deyil. Neytrallıq hüququ Ukraynaya həmrəylik və dəstəyə mane olmur”, – XİN-dən bildiriblər.
Jurnalistlər də öz növbəsində Ukrayna ilə bağlı sülh konfransının keçirilməsinin mənasızlığına diqqət çəkiblər. Onların fikrincə, bu hadisə nəinki münaqişənin həllinə töhfə verməyəcək, həm də İsveçrənin Qərbi Avropanın “neytral” siyasətinə artan sadiqliyini nümayiş etdirəcək.
Mənbə: Reuters