İtaliyanın xarici işlər naziri, baş nazirin müavini Antonio Tajani bildirib ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı qərar əslində qəbul edilib, lakin dəqiq tarixlər hələlik məlum deyil.
RİA Novosti xəbər verir ki, o, bu barədə Rtl milli radiostansiyasının canlı efirində məlumat verib.
“Ukraynanın üzvlüyü ilə bağlı əslində qərar var, sual nə vaxtdır”, – agentlik italiyalı nazirdən sitat gətirir.
Tajani vurğulayıb ki, Ukrayna münaqişə zamanı eskalasiya təhlükəsi olduğuna görə bloka qoşulmayacaq və çox güman ki, bu, bitdikdən sonra baş verəcək.
İtaliya istəyir ki, Kiyev öz ərazisinin əhəmiyyətli hissələrini geri qaytara bilsin.
Mənbə: RİA Novosti