image-2000x150px
image-123
image-ads_atlas
image-20220830_zaf_z19_098-pic_32ratio_900x600-900x600-18504backend

İtaliya Ukraynanın NATO-ya qəbulu üçün yol xəritəsi yaratmağı təklif edir

image-728x90px

İtaliyanın xarici işlər naziri, baş nazirin müavini Antonio Tajani Ukraynanın NATO-ya daxil olması üçün yol xəritəsinin müəyyənləşdirilməsini təklif edib.

Onun sözlərini yerli xəbər agentliyi Askanews sitat gətirir.

“Hələ 2008-ci ildə deyilirdi ki, Ukrayna NATO-nun bir hissəsi olmalıdır. İndi biz hamımız müəyyən edəcəyik ki, yol xəritəsi necə olmalıdır”, – nazir bildirib.

O, həmçinin qeyd edib ki, əməkdaşlığı gücləndirmək və respublikanı “strategiyanın bir hissəsi kimi hiss etmək” üçün Ukraynanın Şimali Atlantika Alyansına qoşulma tarixini müəyyən etməmişdən əvvəl İtaliyanın Ukrayna-NATO Şurasını formalaşdırması zəruridir.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki