İtaliyanın xarici işlər naziri, baş nazirin müavini Antonio Tajani hesab edir ki, Ukraynanın NATO-ya üzv olmasının vaxtı hələ çatmayıb. O, bu barədə “la Stampa” qəzetinə müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, ilk növbədə Ukraynaya sülh gəlməlidir. Eyni zamanda o qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü istiqamətində ilk addımlar təşkilatın iyulda Vilnüsdə keçiriləcək sammitində artıq atıla bilər. Bu, Romanın güclü şəkildə dəstəklədiyi NATO Şurasının – Ukraynanın yaradılmasına imkan verəcək, Tajani vurğulayıb.
Nazir əlavə edib ki, İtaliya Ukraynanın “müstəqilliyi təhlükə altında olduğu müddətcə”, o cümlədən silah göndərməklə ona dəstəyini davam etdirəcək. Tajani həmçinin Romanın Ukrayna dövlətinin bərpasına verdiyi töhfəni, xüsusən də 100 ton elektrik materialının ötürülməsini qeyd edib.
Mənbə: Lenta.ru