image-n1karobka_ads
image-123
image-upload-2022-11-15t052006z_2059497387_rc22mx95z93d_rtrmadp_3_g20-summit-pic_32ratio_900x600-900x600-12249backend

İtaliyada Ukraynada sülhün əldə edilməsi şərti adlandırılıb

image-ad_qayo_720x110px

“Sky TG24” xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni Varşavaya səfəri zamanı bildirib ki, İtaliya və Polşa hakimiyyətləri Rusiyanın hərbi xüsusi əməliyyatının davam etdirilməsi fonunda Ukraynaya gələcək dəstək barədə mövqelərini razılaşdırırlar

. Onun sözlərinə görə, bu, Kiyev üçün təhlükəsizlik təminatı ilə bağlı məsələlərə də aiddir.

“Biz lazım olduğu qədər Ukraynanın tərəfində olmağa davam edəcəyik, onu dəstəkləyəcəyik. Biz sülhə nail olmaq üçün əsas şərt olan Ukrayna üçün real təhlükəsizlik zəmanətlərinin zəruriliyi ilə bağlı Polşa ilə tam razıyıq”, – Meloni bildirib.

O, həmçinin əlavə edib ki, Roma Ukraynadakı münaqişəni dayandırmaq üçün əlindən gələni edəcək. Meloni vurğulayıb ki, İtaliya da Polşa kimi Kiyevin Moldova və Qərbi Balkanlarla birlikdə Avropa İttifaqına daxil olmasını dəstəkləyir.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki