image-n1karobka_ads
image-123
image-fb_img_1747743476988backend

Jalə Əhmədovaya özbək çapanı hədiyyə olundu – iki dövlət arasında dostluq jesti

Doğru.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin üzvləri bir müddət əvvəl Özbəkistan Respublikasının Gənclər və İdman Nazirliyində keçirilən rəsmi görüşdə iştirak ediblər. Görüş zamanı nazir tərəfindən Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədovaya özbək milli çapanı hədiyyə olunub.

Sözügedən hədiyyə Bakıya qayıtdıqdan sonra keçirilən Federasiyanın növbəti iclasında İdarə Heyətinin sədri Vasif Namaz tərəfindən təqdim edilib. Jalə Əhmədova bu hədiyyəni böyük minnətdarlıqla qəbul etdiyini bildirib:

“Bu çapan təkcə bir geyim deyil – o, Azərbaycan ilə Özbəkistan arasında möhkəm dostluğun, ortaq dəyərlərin və qardaşlıq münasibətlərinin təcəssümüdür.”

Qeyd edək ki, bu cür mədəni jestlər türk dünyasında qarşılıqlı hörmətin və birliyin göstəricisi kimi mühüm əhəmiyyət daşıyır.

DOĞRU.AZ

image-fb_img_1747743476988

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki