Kalininqradın Xrabrovo hava limanında aviareyslərin qrafikində ciddi dəyişikliklər baş verib. Rusiya mediası yazır ki, bu günə olan 6 reys tamamilə ləğv edilib, 50-dən çox uçuş isə gecikmə ilə həyata keçirilir.
Doğru.az xəbər verir ki, Moskva vaxtı ilə saat 14:00-dan etibarən Moskva, Sankt-Peterburq, Perm və Saratova nəzərdə tutulan bir sıra reyslər təxirə salınıb. Ümumilikdə 17 gediş və 37 gəliş reysində gecikmələr müşahidə olunur.
Xrabrovo hava limanının Teleqram kanalında yayılan məlumata əsasən, bu dəyişikliklər Sankt-Peterburq hava limanında hava məkanından istifadəyə qoyulmuş müvəqqəti məhdudiyyətlərlə bağlıdır.
Qeyd edək ki, daha əvvəl “Pobeda” aviaşirkəti də Pulkovo hava limanında baş verən texniki səbəblərdən uçuş cədvəlində düzəlişlərə başladığını açıqlamışdı.
DOĞRU.AZ