Kanada Çinin Torontodakı Baş Konsulluğunda çinli diplomatı persona non-qrata elan edib.
Bu barədə Kanada Xarici İşlər Nazirliyinin rəhbəri Melani Coli ölkənin Xarici İşlər Nazirliyinin saytında bildirib.
Çolinin sözlərinə görə, çinli diplomat Zhao Wei Kanadanın daxili işlərinə müdaxilə ilə bağlı fəaliyyətlə məşğul olub. Nazir bəyan edib ki, Kanada hakimiyyəti ölkənin daxili işlərinə hər hansı formada müdaxiləyə dözməyəcək. Coli vurğulayıb ki, qovulma qərarı bütün amilləri diqqətlə nəzərdən keçirdikdən sonra verilib.
Mənbə: TASS
Doğru.az