Kanadanın baş naziri Castin Trüdo Kiyevə 500 milyon Kanada dolları (375 milyon dollar) məbləğində hərbi yardım göstəriləcəyini açıqlayıb.
Bu barədə Reuters xəbər verir.
Trüdo Kanadanın Ukrayna qırıcı pilotlarının hazırlanmasında iştirak edəcəyini də bildirib.
Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə Kanadanın baş naziri də bildirib ki, Kanada ötən il ölkəyə enən Rusiyaya məxsus yük təyyarəsini ələ keçirib və onun müsadirəsi prosesinə başlayıb.

























