Kanadanın baş naziri Castin Trüdonun mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Ottava Rusiya Federasiyasının Ukrayna ərazisində xüsusi hərbi əməliyyat keçirməsi ilə əlaqədar gələcəkdə Moldovadan olan vətəndaşlara və təşkilatlara qarşı sanksiyalar tətbiq etməyə başlamaq niyyətindədir.
Bu barədə TASS məlumat yayıb.
Bəyanatda qeyd edilir ki, yeni müddəalar Kanada tərəfinə Moldovada insan hüquqlarını sistematik şəkildə pozan, beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaradan və ya əhəmiyyətli korrupsiya əməllərində iştirak edən şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etmək imkanı verəcək.
Mənbə: TASS
Doğru.az