Oktyabrın 13-də baş tutacaq çoxsaylı anti-İsrail etirazları ilə bağlı xəbərlər fonunda Kapitol polisi təhlükəsizliyi gücləndirir.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Biz Kapitol kompleksində təhlükəsizliyi artırırıq” dedi polis.
Hüquq-mühafizə orqanları səbəbini açıqlamayıb.
Federal Təhqiqat Bürosu (FTB) ölkə daxilində Fələstin-İsrail münaqişəsi ilə bağlı potensial nümayişlərdən də xəbərdar olduğunu bildirib. İdarə digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiklərini və yarana biləcək təhlükələrin qarşısını alacaqlarına söz verib.
Mənbə: RİA Novosti