İstanbul, Almatı və Tomskdan Kazana uçan reyslər Samaraya yönləndirilib.
“İstanbul, Almatı və Tomskdan Kazan hava limanına uçan uçuşlar təyyarə komandirlərinin qərarı ilə Samaradakı alternativ aerodromlara yönləndirilib”, – Kazan hava limanının mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər.
Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün dekabrın 25-dən Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Dekabrın 21-də Kazan Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.
Ümumilikdə üç dalğa var idi. Tatarıstan hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin hücumları fonunda bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edib.
DOĞRU.AZ