Keçmiş ABŞ vətəndaşları vətəndaşlıqdan çıxmaq üçün ödədikləri pulların geri qaytarılmasını tələb edərək Amerika hakimiyyətinə qarşı iddia qaldırıblar.
Bu barədə NBC məlumat yayıb.
Telekanalın qeyd etdiyi kimi, bəzi keçmiş amerikalılar üçün ABŞ vətəndaşlığından imtinanın qiyməti uzun müddət yüksək idi, indi onların çoxu pullarını geri istəyir. Həmin şəxslər pullarını geri almaq ümidi ilə oktyabrın 4-də kollektiv məhkəməyə müraciət ediblər.
Keçmiş ABŞ vətəndaşları hazırda ABŞ vətəndaşlığından çıxmaq üçün onlardan 2350 dollar tələb olunduğundan narazılıqlarını bildiriblər, lakin oktyabrın 2-də ölkə rəhbərliyi bu məbləği tezliklə 450 dollara endirəcəklərini açıqlayıb.
Mənbə: CNN Türk