Panama Ali Cinayət Məhkəməsi keçmiş prezident Rikardo Martinellinin iyul ayında məhkum edilməsini təsdiqləyib.
Bu barədə “La Estrella de Panama” qəzeti məlumat yayıb.
Hazırda Obyektivlər Partiyasından Respublika prezidentliyinə namizəd olan Martinelli çirkli pulların yuyulmasına görə 128 ay həbs cəzası alıb.
Ali Cinayət Məhkəməsi Rikardo Martinelli Berrokalın iyulun 17-də çıxarılan “Yeni Biznes” kimi tanınan iş üzrə məhkum edilməsini təsdiqləyib. Bundan əlavə, ədliyyə orqanı siyasətçiyə 19,2 milyon dollar əlavə cərimə kəsib.
Panama prokurorluğu istintaq zamanı müəyyən edib ki, Martinelli 2010-cu ildə hökumət vəsaiti ilə üç qəzetdən ibarət Editora Panama América (Epasa) konqlomeratını alıb. Artıq bu şirkətin səhmləri və bütün əmlakı dövlətin xeyrinə müsadirə olunacaq.
Mənbə: CNN Türk