Keçmiş UFC çempionu Oleq Taktarov ABŞ haqqında fikirlərini bölüşüb.
Doğru.az xəbər verir ki, Taktarov Sport24-ə müsahibəsində əvvəlcə Amerikanın çox layiqli ölkə olduğunu, lakin sonradan dəyişdiyini bildirib:
“İnsanlar artıq Amerika arzusu haqqında düşünmürlər. Bu, bütün digərləri kimi eyni ölkədir, sadəcə öz problemləri ilə”.
O əlavə edib ki, amerikalılar başqaları, xüsusən də ruslar haqqında düşünmürlər.
Qeyd edək ki, Oleq Taktarov 1995-ci ildə UFC-də ilk Rusiya çempionu olub. Hazırda 58 yaşı var. 2023-cü ilin avqustunda Jeff Monsonla döyüşən Taktarov qarşılaşmanı heç-heçə ilə başa vurub.
Bir müddət əvvəl isə keçmiş döyüşçü siyasətçi olmaq planı barədə suala cavab verib.
DOĞRU.AZ