Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan hərbçi gizir Hümbətov Zöhrab Məmməd oğludur.
, şəhid hərbçi Tovuz rayonundandır.
Onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır.
O, 10 ildən çox idi hərbçi idi. Şəhidin 3 övladı var.
Onun sabah dəfn olunacağı bildirilir.
Eyni zamanda, Müdafiə Nazirliyi şəhidin adını açıqlayaraq onun yaxınlarına başsağlığı verib:
“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”
20:09
Kəlbəcərdə səkkiz nəfər minaya düşüb.
Bu barədə Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfərin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan dörd nəfər hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə ölüb.
Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
20:01
Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan hərbçimizin kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, minaya düşərək şəhadətə ucalan hərbçimiz baş gizir Hümbətov Zöhrab Məmməd oğludur.
20:00
Kəlbəcərdə mina partlayışı zamanı 4 mülki şəxsdən əlavə 2 nəfər hərbçi də minaya düşüb.
minaya düşən hərbçilərdən biri şəhid olub.