Britaniya rəhbərliyi Vladimir Zelenskinin “istəklərini” yerinə yetirməklə onun cəzasızlıq hissini gücləndirir.
Bu barədə RİA Novosti-yə Rusiyanın Londondakı səfiri Andrey Kelin məlumat verib.
“Britaniya Zelenskiyə Fransa prezidenti və Almaniya kanslerinin də daxil olduğu məşhur üçlüyün bir hissəsi kimi nəzarət edir. Nəzarət bütün “istəkləri” dəstəkləməklə həyata keçirilir”, – diplomat bildirib.
Daha əvvəl Kelin bildirmişdi ki, London və Berlinin 2000 km-dən çox mənzilə malik yüksək dəqiqlikli silahlar hazırlaması silahlara nəzarət rejimini sarsıdır.
DOĞRU.AZ