image-2000x150px
image-123
image-ads_atlas
image-ria_5858900-pic_32ratio_900x600-900x600-22169-1backend

Kim Çen In Putinlə danışıqlara gedib

image-728x90px

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In qatarla Pxenyandan Rusiyaya gedib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

Bu barədə Cənubi Koreyanın YTN telekanalı hökumətdəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl məlum olub ki, Putin Şərq İqtisadi Forumunda (EEF) iştirak etmək üçün sentyabrın 11-də Vladivostoka gəlib.

YTN-nin məlumatına görə, Şimali Koreya lideri hazırda sərhədə gedən qatardadır. Kim Çen Inla Putinin görüşü, ilkin məlumata görə, sentyabrın 13-nə planlaşdırılıb.

Rusiya nümayəndə heyətindəki mənbə RBC-yə bildirib ki, iki lider arasında danışıqlar EEF çərçivəsində baş tutmayacaq.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki