Şimali Koreya lideri Kim Çen In Pxenyanda 10 min mənzildən ibarət hündürmərtəbəli yaşayış kompleksi açıb.
Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yazıb: “Hvason dairəsinin üçüncü mərhələsində 10,000 yaşayış binasının tikintisinin başa çatması ilə bağlı mərasim aprelin 15-də keçirilib… Mərasimdə… hörmətli yoldaş Kim Çen In iştirak edib” .
Tədbir zamanı Şimali Koreya lideri gələcək sakinlərlə danışıb.
Daha əvvəl SCMP məlumat vermişdi ki , KXDR sosial mediadakı neqativlərə görə xarici turizmi dayandırıb.
DOĞRU.AZ