image-n1karobka_ads
image-123
image-2022-04-28t223606z_1410290369_rc2lwt9ax1nv_rtrmadp_3_northkorea-missiles-military-pic_32ratio_1200x800-1200x800-98049backend

Kim Çen In: Rusiya Federasiyasının ordusu və xalqı sülh və özbaşınalığa qarşı mübarizə aparır

Şimali Koreya lideri Kim Çen In Qələbə Günü münasibətilə Rusiya prezidenti Vladimir Putinə göndərdiyi teleqramda bildirib ki, Rusiya ordusu və xalqı “sülh uğrunda və özbaşınalığa qarşı müqəddəs mübarizədə” ayağa qalxıb.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Agentliyin məlumatına görə, KXDR lideri teleqramda Rusiya prezidenti Vladimir Putini, “dost hökuməti” və Rusiya xalqını Qələbə Günü münasibətilə təbrik edib.

“Rusiya xalqının Böyük Vətən Müharibəsində parlaq qələbə qazandığı tarixi gün münasibətilə sizə, dost Rusiya hökumətinə və xalqına KXDR hökuməti və xalqı adından ən səmimi təbriklərimi yetirirəm”, – Kim Çenq- un yazıb.

Mənbə: TASS

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki