image-ads_n1karobka_mobile
image-68d0d5a2ae5ac90add18c966backend

Kim Çen In: Şimali Koreya yeni “gizli silah” əldə edib

image-add-a-heading

Şimali Koreya lideri Kim Çen In ölkənin müdafiə potensialının gücləndirilməsi çərçivəsində yeni “gizli silah” əldə edildiyini açıqlayıb.

Doğru.az xəbər verir ki, KCNA-nın məlumatına görə, dövlət başçısı müdafiə elmi və tədqiqatlarında mühüm irəliləyişlər olduğunu bildirib. Onun sözlərinə görə, bu addımlar döyüş potensialının kəskin artmasına əhəmiyyətli təsir göstərəcək.

Kim Çen In həmçinin yeni esmineslərin inşasından, strateji qüvvələrin gücləndirilməsindən və mövcud silahların xüsusiyyətlərinin təkmilləşdirilməsindən danışıb.

Xatırladaq ki, ötən həftə Şimali Koreya lideri ölkədə keçirilən PUA sınaqlarına da şəxsən nəzarət etmişdi. O, əlavə olaraq KXDR-in Cənubi Koreya ilə dialoq aparmaq niyyətində olmadığını vurğulayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki