image-2000x150px
image-123
image-ads_atlas
image-18304_ty423blkr1backend

Koçaryan Paşinyanı məhkəməyə verdi

image-728x90px

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Doğru.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın məhkəmə məlumat sistemində qeyd olunub.

İddia məhkəməyə aprelin 7-də daxil olub. İddiaya İrəvan məhkəməsində hakim Artur Mkrtçyanın sədrliyi ilə baxılacaq.

İddiada R.Koçaryanın böhtan atmaqla ona qarşı səsləndirilən ifadələrin təkzib edilməsi, pozuntu nəticəsində vurulmuş maddi və mənəvi ziyanın müqabilində 4 milyon dram (təxminən 8 min dollar) ödənilməsi tələb olunur.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki