image-n1karobka_ads
image-123
image-9834f96b889d568e18bebba13dd841a0backend

Komando bölmələrinin şərti düşmən hədəflərini məhvetmə görüntüləri – VİDEO

image-ad_qayo_720x110px

2023-cü ilin döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) bölmələrində atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerində və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə bacarıqlarının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Komandolar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki