image-2000x150px
image-123
image-ads_atlas
image-17151088255489747913_1200x630backend

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb – FOTO

image-728x90px

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Qadınlar təşkilatının (UN Women) Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Belen Sanz Lüklə görüşüb.

Doğru.az xəbər verir ki, tanışlıq və əməkdaşlıq məqsədilə keçirilən görüş zamanı gender bərabərliyinin təmin edilməsi, qadınların iqtisadi səlahiyyətləndirilməsi, eləcə də qadınların sülh və təhlükəsizlik sahəsində fəaliyyəti istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rezident-əlaqələndiricisi Vladanka Andreeva, BMT-nin Qadınlar təşkilatının Gürcüstandakı nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava, eləcə də Komitənin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər.

DOĞRU.AZ

image-17151088255580233798_1200x630 image-17151088253403964831_1200x630 image-17151088252425435340_1200x630 image-17151088256138853241_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki