TASS xəbər verir ki, Kuba Xarici İşlər Nazirliyi adada Çin hərbi bazasının olması ilə bağlı xəbərləri təkzib edib.
“Amerikanın “Wall Street Journal” qəzeti iyunun 8-də Kuba ilə Çin arasında casusluq bazası yaratmaq üçün hərbi sahədə guya müqavilənin olması ilə bağlı tamamilə yalan və əsassız məlumat dərc edib. Bu cür böhtanlar tez-tez təhlükəsizlik xidmətləri ilə əlaqəli ABŞ rəsmiləri tərəfindən yayılır”, – xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio bildirib.
Bu, ABŞ-ın cənub-şərqində elektron mesajları dinləməyə və ələ keçirməyə imkan verən obyektin Kubada yerləşdirildiyini qeyd edən Wall Street Journal-ın hesabatıdır.

























