image-n1karobka_ads
image-123
image-6769678702e8bd59f5056e41backend

Kubanda mazut dağılmasından sonra sahildən 972 quş xilas edilib

image-ad_qayo_720x110px

Krasnodar diyarında mazutun dağılmasından sonra Qara dəniz sahilindən 972 quş xilas edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında yaydığı məlumatda deyilir: “Əlaqədar vətəndaşların köməyi ilə 972 quş xilas edilib, 900-ə yaxın quş reabilitasiya mərkəzinə yerləşdirilib”.

Departamentdən bildirilib ki, bu günədək sahil zolağının 40 km-ə yaxın hissəsi neft məhsullarından təmizlənib.

Ümumilikdə 17 min tondan çox qum və torpaq yığılıb, 14,4 min tondan çoxu çıxarılıb.

“Kuban 24” saytının daha əvvəl bildirdiyi kimi , Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov və Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev Anapa çimərliklərində neft sızmasının nəticələrinin aradan qaldırılması üzrə işlərin gedişi ilə tanış olublar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki