“Laçın” Sərhəd-Buraxılış Məntəqəsindən Ermənistan istiqamətinə növbəti keçid baş tutub.
Trend-in məlumatına görə, səhər saatlarında Ermənistandan Azərbaycan ərazisinə daxil olan Təcili Yardım maşınlarının Qarabağ iqtisadi rayonundan tibbi yardıma ehtiyacı olan 23 nəfər şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə yenidən Ermənistana keçidi təmin edilib.
DOĞRU.AZ