Efiopiyanın Rusiyadakı səfiri Çam Uqala Uriat Afrika ölkəsində Rusiya istehsalı olan “Lada” avtomobillərinin istehsal olunacağını bildirib.
Bu barədə TASS məlumat yayıb.
“Biz yaxın vaxtlarda qonşu ölkələrdə Rusiyanın “Lada” avtomobillərini görəcəyik, çünki onlar artıq Efiopiya şirkətlərindən biri ilə müqavilə imzalayıblar. Bu avtomobillər Efiopiyada istehsal olunacaq”, – deyə səfir bildirib.
Uqala Uriat bir müddət əvvəl bildirmişdi ki, gələcəkdə Rusiyanın “Mir” ödəniş sistemi tətbiq olunarsa, ölkə heç bir problem görmür.
Mənbə: TASS