Baltikyanı ölkələr blok daxilində bəzi narazılıqlara baxmayaraq, Şimali Atlantika Alyansında yüksək səslə danışmağa davam edəcəklər, Latviya Prezidenti Edqars Rinkeviç deyib.
O, TV3 telekanalına müsahibəsində qeyd edib ki, bu, Ukraynanın girişi ilə bağlı tələblərə də aiddir.
“NATO sammiti üç mesajla gəldi. Yaxşı xəbər İsveçin NATO-ya daxil olmasıdır. İkinci mesaj regionumuzun müdafiəni gücləndirmək planıdır. Ukrayna ilə bağlı o qədər də yaxşı xəbər deyil. Ukrayna daha çox şeyə ümid edirdi. Bəli, təəssüf ki, bu razılaşma əldə olunmadı. Amma bu o demək deyil ki, iş dayanıb. Ukraynanı dəstəkləyən ölkələr, o cümlədən Latviya bunun gələcəkdə baş verməsi üçün hər şeyi edəcək”, – Rinkeviçs əlavə edib.
Onun sözlərinə görə, Riqa bu məsələdən vaz keçmək niyyətində deyil və Kiyevin ən qısa zamanda bloka üzvlüyünü təmin etməyə çalışacaq. Rinkeviçs vurğulayıb ki, Latviya da Ukraynaya hərbi dəstəyin davam etdirilməsini tələb edəcək.
Mənbə: Haber Global