Moskvanın fəal dəstəyi ilə Afrika İttifaqının G20-yə daxil edilməsi məsələsi tezliklə öz həllini tapacaq.
RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyi yanında Biznes Şurasının iclası zamanı deyib.
“Yaxın gələcəkdə bizim fəal köməyimizlə Afrika İttifaqının G20-yə daxil edilməsi məsələsi həll olunacaq. Bu, qitənin beynəlxalq gündəliyin formalaşmasında və qlobal idarəçilik mexanizmlərində tam iştirakına imkan verəcək”.
Bundan əvvəl İtaliyanın baş naziri Giorgio Meloni Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammitinin sessiyası zamanı Afrika İttifaqının G20-yə daxil edilməsi təklifini dəstəkləmişdi. Onun sözlərinə görə, bu sammitdə də Romadan dəstək ifadə etmək yaxşı əlamət olardı.
Mənbə: RİA Novosti