Lerik rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb.
Doğru.az xəbər verir ki, yanvarın 20-də saat 12:00-da rayon ərazisində həyat bir dəqiqəlik dayanıb, şəhidlərin xatirəsi sükutla yad edilib. Bu zaman idarə və müəssisələrdə, küçə və meydanlarda insanlar Qanlı Yanvar şəhidlərinə hörmətlərini ifadə ediblər.
Qeyd edək ki, 1990-cı ilin 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində dinc əhali qətlə yetirilib və bu tarix Azərbaycan xalqının qan yaddaşı kimi tarixə həkk olunub.
DOĞRU.AZ




























