image-n1karobka_ads
image-123
image-jonjbbrbvs7ya82ujxhfgt0twvnmykevmr7izx38_1200backend

Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 24-də Pekində Çin Milli İnsan Genomu Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Çinin Elm və Texnologiya Nazirliyinin rəyi ilə yaradılmış mərkəz Çində ölkə səviyyəli genom tədqiqat müəssisələrindən biridir. Çin Milli İnsan Genomu Mərkəzi elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılmasını və Çində genomik sənayenin yaradılmasını təşviq edir. Mərkəz fundamental və klinik tədqiqatlar, populyasiya genetikası və bioinformatika sahələrində layihələr həyata keçirir. Bildirilib ki, mərkəzin işində ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə olunur.

Leyla Əliyeva mərkəzin laboratoriyalarına və bioloji nümunələr bankına baxıb. Mərkəzin rəhbərliyi ilə söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə potensial əməkdaşlıq imkanları, o cümlədən onkoloji xəstəliklər, serebral iflic və digər xəstəliklərin müalicəsi zamanı Genom Mərkəzinin metodlarının tətbiqi məsələsi müzakirə olunub.

DOĞRU.AZ

image-vkyfcu3ic4lbvhlh4h06dq4ir1wp7hmz56ms4srz_640 image-nwylthgvozchgeo1k13zhoikdwdfdxi5tjccfu6p_640 image-qiischvhwdanymcwj8jdyld3w27qkdbvguso2ymq_640 image-xjhiukecqtcoef7yqbyevxosnpskxvwufsrbbdoj_640 image-em6ih7gvc1r7agmkcrz6hbisftj0drglxzdebxhx_640 image-wytcfsg2b2epkukapoxvtha3hdcy8d4l773hpwcx_640 image-foemzsgekrtx0csi5mjgdsdhf9odwrslxuozyk4f_640 image-doaxomd8apiy9ftvrngx0mce858jszt6ziadz8wm_640 image-v70xrm39iwurpwaxlnum2fqlxqpqlyv5hci4tifx_640 image-zo7io9fbuquzfbywyrdhiwqcatxju9qobskna7su_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki