Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi zədələnib.
Doğru.az xəbər verir ki, 38 yaşlı hücumçu Liqa Kubokunun II turunda Meksikanın “Nekaksa” komandası ilə oyunda meydana çıxdıqdan qısa müddət sonra sıradan çıxıb. Matçın əvvəlində diz nahiyəsində ağrı hiss edən təcrübəli futbolçu artıq 11-ci dəqiqədə əvəzlənib.
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano bildirib ki, Messinin vəziyyətinə bu gün tam aydınlıq gətiriləcək. Onun sözlərinə görə, ilkin ehtimallara əsasən, zədənin ciddi olmadığı düşünülür.
Qeyd edək ki, qarşılaşma əsas vaxtda 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan “İnter Mayami” rəqibini 5:4 hesabı ilə məğlub edib.
DOĞRU.AZ