image-n1karobka_ads
image-123
image-682b2b82ae5ac930d427399abackend

Litva miqrasiya böhranı ilə bağlı BMT Beynəlxalq Məhkəməsində Belarusa qarşı iddia qaldırıb

Litva miqrasiya böhranı ilə bağlı Haaqa Beynəlxalq Məhkəməsində Belarusa qarşı iddia qaldırıb.

Bu barədə Litvanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İş quru, dəniz və hava yolu ilə miqrantların qaçaqmalçılığına qarşı Birləşmiş Millətlər Təşkilatının Protokolundan irəli gələn dövlətlərin öhdəliklərinin pozulmasına aiddir”, – nazirlik aydınlaşdırıb.

Qeyd olunur ki, Litva divarın tikintisinə çəkilən xərclər də daxil olmaqla, dəymiş ziyana görə tam kompensasiya tələb edir, həmçinin bu cür hərəkətlərin təkrar olunmayacağına zəmanət verir.

Litva Xarici İşlər Nazirliyi iddia edir ki, guya onlarda Belarus hakimiyyətinin miqrasiya böhranında iştirakına dair sübutlar var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki