Litva parlamentinin binası qarşısında hakim koalisiyaya qarşı kütləvi etirazlar baş tutub.
Doğru.az xəbər verir ki, Seymə qarşısında 8 mindən çox vətəndaşın toplandığı bildirilib.
Bundan əvvəl Litva Sosial Demokrat Partiyasından olan 44 yaşlı İnqa Ruqiniene Litvanın yeni baş naziri seçilib; ölkə parlamenti onun namizədliyini təsdiqləyib.
Etirazlar onun baş nazir seçilməsindən sonra başlayıb və hökumətin yeni tərkibdə fəaliyyətinə reaksiya kimi qiymətləndirilir.
DOĞRU.AZ