image-2000x150px
image-123
image-ads_atlas
image-upload-20231012_gaf_u39_597-pic_32ratio_900x600-900x600-68448backend

Livan İsraili ağ fosforlu sursatdan istifadə etməkdə ittiham edib

image-728x90px

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın sərhəd bölgələrini atəşə tutarkən ağ fosforlu sursatdan istifadə edib.

Bu barədə Livanın “Al Wataniya” agentliyi yazır.

Agentlik İsrailin əsasən əhalinin məskunlaşdığı ərazilərə zərbələr endirdiyini iddia edir.

“Al Wataniya” telekanalının məlumatına görə, “Mavi xətt” adlanan xəttə (Livan-İsrail sərhədi) bitişik ərazilər atəşə tutulub. Hücum nəticəsində ölənlər olub, lakin onların sayı açıqlanmayıb.

Bundan əvvəl Ağ Evin mətbuat katibinin müavini Oliviya Dolton bildirmişdi ki, ABŞ administrasiyasında İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında ağ fosfordan istifadə etməsi ilə bağlı xəbərlərin müstəqil təsdiqi yoxdur.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki