“Liverpul” 2023/24 mövsümündə İngiltərə Premyer Liqasını (APL) qazanmaq üçün riyazi şansını itirib.
Bu, “Mançester Siti”nin mayın 11-də çempionatın 36-cı turunun matçında “Fulhem”i 4:0 hesabı ilə məğlub etməsindən sonra baş verib. Beləliklə, “vətəndaşlar”ın sona iki tur qalmış 85 xalı var, “Liverpul” isə 7 xal geridədir. Çempionluq yarışında yalnız Arsenal 83 xalla qalıb.
Mənbə: NTV Spor