image-n1karobka_ads
image-123
image-69217f5d02e8bd64be569caabackend

Lukaşenko 31 Ukrayna vətəndaşını əfv etdi

image-ad_qayo_720x110px

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampla razılaşma çərçivəsində 31 Ukrayna vətəndaşını əfv edib.

Doğru.az xəbər verir ki, Belarus liderinin mətbuat katibi Natalya Eysmont bildirib ki, Ukrayna tərəfinin xahişi və silahlı münaqişənin həllinə şərait yaratmaq məqsədilə humanizm prinsipləri əsasında bu addım atılıb.

Minsk qeyd edib ki, Ukrayna vətəndaşlarının Kiyevə köçürülməsi artıq baş verir.

Bundan əlavə, Lukaşenkonun göstərişi ilə dövlətə qarşı ağır cinayətlərə görə məhkum edilmiş iki katolik keşiş – Anjey Yuxneviç və Henrik Okolotoviç də noyabrın 20-də əfv olunub. Bu qərar Roma Papası XIV Lev-in müraciəti əsasında, mitropolit İosif Stanevskinin iştirakı ilə qəbul edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki