image-2000x150px
image-123
image-ads_atlas
image-2023-03-31t100500z_1998230237_rc2x40affpvg_rtrmadp_3_belarus-lukashenko-pic_32ratio_1200x800-1200x800-42066backend

Lukaşenko Belarusun Ukraynadakı münaqişənin həllində iştirak etməyə hazır olduğunu bəyan edib

image-728x90px

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və Minskin silahlı münaqişənin həlli üçün səy göstərməyə hazır olduğunu bildirib.

Siyasətçi qeyd edib ki, 30 ildən artıqdır ki, müstəqillik əldə edən Belarus və Ukrayna öz inkişafının, gələcəyin qurulmasının müstəqil yollarını seçiblər və bunun üçün hər iki ölkənin hakimiyyəti bütün regionun layiqli yanaşı yaşaması üçün təhlükəsiz imkanlar yaratmalıdır.

Lukaşenka vurğulayıb ki, Minsk və Kiyev münaqişəyə son qoymaq üçün qonşuluq dəyərindən istifadə etməlidir.

“Belarus tərəfi bunun üçün lazım olan hər şeyi və daha çoxunu etməyə hazırdır”, – Belarus rəhbəri bildirib.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki