image-2000x150px
image-123
image-ads_atlas
image-lukasenkobackend

Lukaşenko İran Prezidenti Rəisinin ölümündə ABŞ-ni günahlandırıb

image-728x90px

Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti İbrahim Rəisinin ölümündə ABŞ-ni günahlandırıb.

Bu barədə “BELTA” məlumat yayıb.

Lukaşenko vurğulayıb ki, bu, onun dövlət başçısı kimi deyil, bir şəxs kimi mövqeyidir.

“ABŞ-ın iyrənc siyasəti buna gətirib çıxardı. İlk növbədə, sanksiyalar. Bu yaramazlar adam daşıyan təyyarələrə qarşı sanksiya tətbiq etməyə haqqı yox idi.

Bu da onların günahıdır. Onlar bu helikopterə xidmət göstərməyi qadağan ediblər. Bu dəqiqdir”, – Lukaşenko vurğulayıb./APA

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki