image-n1karobka_ads
image-123
image-671a5430ae5ac9747577ed6abackend

Lukaşenko: Qərb BRİKS-ə qarşı çılğın kampaniyaya başlayıb

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qərb statusunu aşağı salmaq üçün BRİKS-ə qarşı qızğın kampaniyaya başlayıb.

“ABŞ, kollektiv Qərb, təkcə… BRİKS-i aşağı salmaq üçün mübarizəyə başlayıblar… Çılğın kampaniya başlayıb… Bu ölkələrin adlarını çəkməyəcəm, çünki bu məxfi məlumatdır. Deyə bilərlər ki, bu, belə deyil”, – o , “İzvestiya”ya müsahibəsində deyib .

Bundan əvvəl prezident Belarusun BRİKS-in tərəfdaşı olduğunu bəyan edib.

Lukaşenko qeyd edib ki, respublika birləşmə fəlsəfəsini tam bölüşür və birləşmənin fəal iştirakçısına çevrilməyə hazırdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki