image-n1karobka_ads
image-123
image-68dbca57ae5ac95f3057e3a1backend

Macarıstan: Aİ Ukraynanı qəbul etmək üçün qaydaları pozur

image-ad_qayo_720x110px

Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka bildirib ki, Avropa İttifaqı Ukraynanı birliyə qəbul etmək üçün mövcud qaydaları pozmaq istəyir.

Doğru.az xəbər verir ki, nazirin sözlərinə görə, hazırda Ukrayna ilə bir dənə də olsa klaster açılmayıb:
“Onlar razılaşmalara və əvvəlki təcrübələrə açıq şəkildə zidd olan hüquqi həllər üzərində işləyirlər. Birinci qrupun açılması üçün yekdil qərar tələb olunur və Macarıstan buna mane olur”, – siyasətçi qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Avropa Parlamenti Ukraynaya siyasi opponentlərinə qarşı sanksiyaları ləğv etməyi tapşırmışdı.

Rusiya prezidenti Vladimir Putin isə çıxışında bildirib ki, Rusiya Ukraynanın NATO-ya üzvlüyünə həmişə etiraz edib, lakin Aİ-yə qoşulmasına qarşı çıxmayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki