Macarıstan prezidenti Katalin Nowak Budapeştin Ukraynadakı münaqişənin sülh yolu ilə həllində vasitəçi olmağa hazır olduğunu bəyan edib və Kiyevə səfərindən sonra Vatikana gedəcəyini, orada Roma Papası ilə görüşüb bu mövzunu müzakirə edəcəyini bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, Macarıstan sülh danışıqlarında vasitəçi rolunu oynamağa hazırdır və Budapeşt sülhün təmin edilməsi prinsiplərinə sadiqdir və bu cür razılaşmalara əməl edəcək.
“Kiyevdən sonra Romaya və Vatikana səfər edəcəyəm, Papa ilə görüşlərim nəzərdə tutulub və bu mesajı mütləq Həzrətlərinə çatdıracağam. Mən həqiqətən ümid edirəm ki, biz ədalətli və davamlı sülhə nail ola biləcəyik”, – Novak bildirib.
Mənbə: RİA Novosti

























