Fələstinin Moskvadakı səfiri Əbdül Hafiz Nofəl TASS agentliyinə bildirib ki, Rusiya və Fələstin Fələstin prezidenti Mahmud Abbasın Moskvaya səfərinə hazırlaşır.
“Bəli, hazırlaşır. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə əlaqə saxlayırıq”, – deyə o, müvafiq sualı cavablandırıb.
Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri Riyad əl-Malikinin də yaxın vaxtlarda Moskvaya işgüzar səfər etməyi planlaşdırdığı da bildirilir.
Bundan əvvəl Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, prezident Mahmud Abbas bu ilin sonuna qədər Rusiyaya səfər etməyi planlaşdırır.
Mənbə: Lenta.ru